15 dekabr 2015 18:40
Millimizin sabiq futbolçusu futbola qayıtmağa hazırlaşır
Azərbaycan yığmasının sabiq müdafiəçisi Aqil Nəbiyev AFFA tərəfindən təşkil olunan C kateqoriyalı məşqçi kurslarına qatılıb. Azerisport.az xəbər verir ki, o, bu kateqoriyada iştirak etməyə də bilərdi.
Çünki yığma komandada oynamış futbolçular bu kateqoriyanı avtomatik olaraq keçmiş sayılırlar. Amma o, kurslarda iştirak etməyə qərar verib.
Nəbiyev eyni zamanda futbolçu karyerasını da başa vurmağa tələsmir. Onun qış fasiləsi zamanı Premyer Liqada iştirak edən klublarımızdan birinə keçməsi gözlənilir.
