Laşa Cakobiya: Azərbaycanda futbola çox pul qoyulmasının bəhrəsini görürük
Gürcüstan yığmasının sabiq futbolçusu, hazırda "Kolxeti" klubunun idman direktoru kimi fəaliyyət göstərə Laşa Cakobiya ölkə futbolunun səviyyəsindən danışarkən Azərbaycanı nümunə göstərib. Azerisport.az xəbər verir ki, o, bunları söyləyib:
"Azərbaycan və Qazaxıstanda futbolu nə qədər pul qoyulduğunu özünüz də yaxşı bilirsiniz. Əlbəttə, bu, gec-tez öz bəhrəsini verəcək. Artıq bunun nəticəsini də görürük. Məsələn, Qazaxıstan təmsilçisi "Astana" Çempionlar Liqasında, Azərbaycan klubları - "Qarabağ"la "Qəbələ" Avropa Liqasında qrupa vəsiqə qazanmışdı. Amma Gürcüstanda futbola heç kim pul qoymur. İndi Gürcüstan Futbol Federasiyasına Levan Kobiaşvili rəhbərlik edir. Böyük hörmətə malikdir. O, hazırda futbolun inkişafına dair yeni proqram üzərində çalışır".
