15 dekabr 2015 16:20

Qurban Qurbanov: Həm biz, həm də azarkeşlərimiz böyük təcrübə topladı

Azerisport.az sizi "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanovun jurnalistlərə verdiyi müsahibə ilə tanış edir.

- "Qarabağ" ötən mövsüm Avropa Liqasının qrup mərhələsini 6, bu il isə 4 xalla başa vurdu. Bu dəfə rəqibləriniz daha güclü idi, ya başqa hansısa səbəb var?
- Bəzən komanda 60, bəzən də 50 xal toplamaqla çempion olur. Bu mövsüm qrupumuzda doğrudan da güclü komandalar yer almışdı. Belə rəqiblərə qarşı oynamaq doğrudan da çətin, eyni zamanda xoş idi. Son tura qədər mərhələ adlamaq şansımız qalırdı. "Anderlext"ə qalib gəlsəydik, qrup ikincisi kimi pley-offa çıxa bilərdik. Amma bu il də ötən mövsümkü aqibətlə üzləşdik.

- Komanda bu avrokubok mövsümündə nə təcrübə topladı?
- Biz müxtəlif komandalara qarşı oynadıq. Böyük beşlik ölkələrinin çempionatlarında çıxış edən komandaları daha yaxından tanımış olduq. Bu, həm bizim, həm də azarkeşlərimiz üçün böyük təcrübə oldu.

- Artıq "Anderlext"lə "Tottenhem"in 1/16 finaldakı rəqibləri bəllidir. Rəqibləri görəndən sonra düşünmədiniz ki, növbəti mərhələyə çıxsaydınız, onları keçə bilərdiniz?
- Bu barədə düşünmək düzgün olmaz. Çünki biz pley-offa çıxmamışıq. Amma keçmiş rəqiblərimizə azarkeşlik edəcəyik.

- Qış fasiləsi yaxınlaşır. Hazırlıq planınız bəllidir?
- Yanvarın 5-dən Antalyada toplanışa başlayacağıq. Orada 4 yoxlama oyunu keçirəcəyik. Amma kimlərlə qarşılaşacağımızı hələ bilmirik.

- Azarkeşlər Vüqar Nadirovu "Qarabağ"a qaytarmağınızı xahiş edir. Bu barədə düşünmüsünüz?
- Azarkeşlərin fikrinə hörmətlə yanaşıram. Amma idman prinsiplərini də nəzərə almaq lazımdır. Futbolçunu hansısa xahişlə komandaya götürmək düzgün olmaz. Biz komandaya kömək edə biləcək futbolçular almağa çalışırıq. Vüqar Nadirovla bağlı qərarın necə olacağını deyə bilmərəm.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.