15 dekabr 2015 14:45
UEFA azərbaycanlı hakimlər ilə bağlı qərarını verdi
UEFA 2015/16 mövsümünün ikinci yarısı üçün hakimlərin siyahısını təsdiqləyib. Azerosport.az xəbər verir ki, siyahıda azərbaycanlı referilər də var.
FİFA referisi Əliyar Ağayev ikinci kateqoriyada yer alıb. Rəhim Həsənovla Orxan Həsənov isə üçüncü kateroqiyadadır.
