15 dekabr 2015 13:40

A Seriyasına görə millinin oyunundan imtina etməyə dəyərmi?

Futzal üzrə Azərbaycan yığması dünya çempionatının əsas seçmə mərhələsindəki uğurlu çıxışı sayəsində tarixi nailiyyətə imza atmağa çox yaxınlaşdı. Azerisport.az xəbər verir ki, Tino Peresin çalışdırdığı komandamız tarixində ilk dəfə dünya çempionatının final mərhələsində oynaya bilər.

Bunun üçün isə futzalçılarımız hələ pley-off mərhələsində daha bir rəqibindən güclü olmalıdır. Hansı ki, hələ həmin rəqibin kimliyi bəlli deyil. Təbii ki, gələn il baş tutacaq həmin püşkatma mərasimində kiminlə qarşılaşmağımızdan asılı olmayaraq, millimiz ilkə imza atmağa çalışacaq.

Xorvatiyada baş tutan seçmə mərhələnin oyunlarına gəlincə, komandamız çox inamlı çıxışı ilə rəğbət qazanmağı bacardı. Xüsusilə İsveç (8:2) və Belarus (7:2) üzərindəki qələbələr göstərdi ki, yığmamız çox yaxşı formadadır və dünya çempionatına yollanmaqda iddialıdır. İsveç təbii ki, millimizlə rəqabət aparacaq gücdə deyildi. Amma Belarus bizdən öncə meydan sahibi Xorvatiyaya 7:4 hesabıyla qalib gəlmiş komanda idi. Buna baxmayaraq, millimiz onlara da 7 qol vurmağı bacardı. Xorvatiya ilə həlledici oyunda isə Azərbaycan yığmasına hətta heç-heçə də kifayət edirdi ki, qrup qalibi olsun. 8 qolun vurulduğu oyun məhz heç-heçə başa çatdı və millimiz pley-offa vəsiqəni təmin etdi. Özü də qrup birincisi olmağımız növbəti mərhələdə komandamızın nisbətən zəif rəqiblə düşməsinə şərait yaradacaq.

Yığmamızın seçmə mərhələ oyunlarını yayımlayan "CBC Sport" barədə də ayrıca söz açmaq istərdik. Belə bir kanalın olması artıq böyük bir uğurdur. Görüntü keyfiyyətinə də söz ola bilməz. Amma millimizin Xorvatiyaya qarşı keçirdiyi həlledici oyunun yayımı zamanı baş verənləri anlamaq çətindir.

Məsələ burasındadır ki, millimizin oyunu start götürən vaxt - saat 22:30-da İtaliya A Seriyasının "Napoli" - "Roma" matçı keçirilirdi. Həmin oyundan bir qədər sonra isə elə həmin turnirin digər görüşü - "Yuventus" - "Fiorentina" matçı start götürdü. Amma "CBC Sport"un başbilənləri həmin oyunları millimizin Xorvatiya ilə həlledici görüşünə qurban vermək istəmədilər. Yəni Azərbaycan yığmasının taleyüklü bir oyunu İtaliya çempionatının görüşlərindən az əhəmiyyətlidir? Başa düşmək olar ki, həmin oyunlar beynəlxalq aləmdə böyük maraq kəsb edir. Amma Azərbaycanda öz ölkəmizin yığma komandasının oyunu hansı ölkə çempionatının görüşündən əhəmiyyətsiz sayılmamalıdır. Hətta futzal da olsa, həmin anda Azərbaycanı təmsil edən MİLLİ KOMANDA oynayırdı. Həm də millimizin oyunlarının yayım hüququnu almısınızsa, bunu lazım olan qaydada göstərməliydiniz.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.