15 dekabr 2015 11:45

Ruslan Qurbanov: Bu, bizim doğru yolda olduğumuzu göstərir

"Neftçi"nin hücumçusu Ruslan Qurbanov Topaz Premyer Liqasının 16-cı turu çərçivəsində "Qəbələ" üzərində qazandıqları 1:0 hesablı qələbədən sonra azerisport.az saytının suallarını cavablandırıb.

- Matçla bağlı nə deyə bilərsiniz?
- Bu oyunda qələbə bizə hava-su kimi lazım idi. Şadam ki, hər şey bizim üçün yaxşı alındı. Baxmayaraq ki, "Qəbələ"nin hesabı bərabərləşdirmək üçün imkanları oldu.

- Belə çıxır ki, "Neftçi" "Qəbələ"dən yaxşıdır?
- Biz qolu standart vəziyyətdən vurduq. Bu məni çox sevindirir. Çünki standart vəziyyətlərdən elə də tez-tez fərqlənmirik.

- Fasilədən sonra komandanız sanki hücum etmək istəmirdi. Bu, baş məşqçinin tapşırığı idi?
- Biz ikinci hissədə "Qəbələ"ni əks-hücumlarda tutmaq istəyirdik. Amma bu, bizdə alınmadı. Müdafiədə top itirməmək üçün maksimum diqqətli oynamağımız lazım idi. Ola bilsin ki, Qəbələdə oynamağımızın da təsiri oldu. Orada iqlim fərqlidir. Şəxsən mənə nəfəs almaq çox çətin idi.

- Zədə aldığınız epizodda baş hakim Rəhim Həsənov sizə niyə sarı vərəqə göstərdi?
- Rəqib futbolçu ayağıma bərk zərbə endirdi. Oyunu davam etdirmək istəsəm də, ağrı imkan vermirdi. Mən də uzanıb hakimin nə vaxt yaxınlacağını gözləməyə başladım. Həmin epizodda nə baş verdiyini onun da bilməsini istəyirdim. Amma o, epizoda uzaq olduğundan mənim simulyasiya etdiyimi düşündü və mənə sarı vərəqə göstərdi. Bu, məni çox təəccübləndirdi. Çünki mən hakimin həkimləri yardıma çağıracağını gözləyirdim. Hakimlik barədə çox danışmaq istəmirəm. Qoy hakim düz olsun, mən səhv. Həsənova da qarşıdakı oyunlarda uğurlar arzulayıram.

- "Neftçi"nin dörd oyunda 10 xal qazanması nədən xəbər verir?
- Bu, bizim düzgün yolda olduğumuzun göstəricisidir. Amma bununla kifayətlənmək olmaz.

- İlin son iki oyununda da 6 xal qazana biləcəksiniz?
- Sizcə, bu, o qədər asandır? AZAL və "Kəpəz"lə oyunlara ciddi hazırlaşacağıq. Turnir cədvəlindəki vəziyyətimizi yaxşılaşdırmaq üçün əlimizdən gələni edəcəyik. Çünki "Neftçi" mükafatçılar sırasında olmalıdır.

- Komanda Əsgər Abdullayevin gəlişindən sonra necə belə dəyişə bildi?
- İndiki və əvvəlki məşqçilərimizi müqayisə etmək istəməzdim. Bu, düz olmazdı. Fikrimcə, Abdullayevin təcrübəsi öz sözünü deyir. Samir Əliyev isə gənc idi, onda hələ hər şey qarşıdadır. Güclü futbolçu olmuşdu. İnanıram ki, həm də güclü məşqçi olacaq.

- "Neftçi"nin qış fasiləsində əcnəbi baş məşqçiyə tapşırılması gözlənilir. Daha çox Vladimir Vayssın adı hallandırılır. Siz əcnəbi məşqçi ilə işləmək istəyərdiniz, ya Əsgər Abdullayevlə?
- Bu suala cavab verə bilmərəm. Bu işlərlə məşğul olan rəhbərlik var. Mənim işim futbol oynamaq, komandaya xeyir verməkdir. İnanıram ki, rəhbərlik bu məsələ ilə bağlı doğru olanı edəcək.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.