15 dekabr 2015 00:25

Yuri Vernidub: Ukrayna çempionatı indiki vəziyyətdə də Azərbaycan Premyer Liqasından güclüdür

Luqanskın "Zarya" klubunun baş məşqçisi Yuri Vernidub Ukrayna və Azərbaycan çempiontlarını müqayisə edib. Azerisport.az xəbər verir ki, o, öncə bunları söyləyib:

"Hiyləgərlik etməyəcəyəm. Ukrayna çempionatı hətta indiki vəziyyətində də Azərbaycan Premyer Liqasından güclüdür. Baxmayaraq ki, Azərbaycan klublarının əksərində olan infrastruktur Ukrayna komandalarının çoxunda yoxdur. Məsələn, "Qəbələ" kifayət qədər ciddi, iddialı klubdur. Onlar əbəs yerə ukraynalı mütəxəssis Roman Qriqorçuku baş məşqçi postuna təyin etməyiblər. Yaxşı şəraitləri var. Dörd təbii ot örtüklü, üstəlik sintetik örtüklü meydanlarını şəxsən görmüşəm. Üstəlik, böyük olmayan, amma kifayət qədər yaxşı stadionları var. Orada yaşayan futbolçular üçün də əla şərait yaradıblar. Beş ulduzlu oteldə qalırlar. Elə orada ailə üçün kotteclər də götürmək mümkündür. Bir sözlə, futbolçunun yaşayışla bağlı hər hansı problemi yoxdur. Üstəlik, maliyyə baxımından da hər şey ciddidir.

Onların nəticələrinə gəlincə, "Qəbələ" və "Qarabağ" Avropa Liqasının qrup mərhələsində çıxış edirdi. "Qarabağ"a hətta qrupdan çıxmaq üçün azacıq nəsə çatmad. "Qəbələ" isə yarandığı gündən bəri Avroliqanın qrup mərhələsində oynamaqla ən yaxşı göstəricisinə imza atdı. Güclü qrupa düşmüşdülər. Dortmund "Borussiya"sı, PAOK kimi rəqiblərlə mübarizə aparırdılar. Nə qədər çətin olsa da, layiqli mübarizə apardılar. Bu, həm Azərbaycan futbolu, həm də "Qəbələ" üçün qiymətsiz təcrübə idi.

"Qəbələ"də oynayan oğlum Vitaliyə gəlincə, əlbəttə, uyğunlaşmağa çalışır. Bəzən oynayır, bəzən yox. Başqa ölkədən gələn futbolçuya uyğunlaşma üçün vaxt lazım olur. Fikrimcə, hər şey daha yaxşı olacaq. Onun atdığı addımları müzakirə etmirəm. Öz taleyi ilə bağlı qərarlarını özü verir. Oğlumla fəxr edirəm. O, əsl peşəkardır".

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.