15 dekabr 2015 00:15
Bekim Balay: Rahid Əmirquliyevin Riyekaya keçidindən xəbərim yoxdur
Xorvatiyanın "Riyeka" klubunun albaniyalı hücumçusu Bekim Balay Azərbaycan yığmasının yarımmüdafiəçisi Rahid Əmirquliyevin bu komandaya keçəcəyi barədə xəbərlərə münasibət bildirib. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Azərbaycan yığmasının üzvü Rahid Əmirquliyev bizim kluba keçir? Etiraf edim ki, bundan xəbərim yoxdur. Klubumuzda baş verənlərdən xəbərdar olsam da, futbolçunuzun bu komandaya keçəcəyini eşitməmişəm. Ola bilsin ki, mənim məlumatım yoxdur. Rahid barədə də heç nə bilmirəm".
