14 dekabr 2015 19:45
Kvekveskiri Rəvanla oyunda İnterə kömək edə biləcək
"İnter"in yarımmüdafiəçisi Nika Kvekveskiri zədəsini sağaldaraq sıraya dönüb. Azerisport.az xəbər verir ki, 11-ci turda "Zirə"yə qarşı oyunda zədələnən futbolçu geridə qalan müddətdə müalicə alırdı.
Artıq o, komanda ilə məşqlərə başlayıb. İstisna deyil ki, futbolçu sabah "Rəvan"a qarşı oyunda meydana çıxsın. Baxmayaraq ki, yarımmüdafiəçi 90 dəqiqə oynamağa hələ tam hazır deyil. Böyük ehtimalla o, matçın gedişində mübarizəyə qoşulacaq.
