14 dekabr 2015 18:00

Prosineçki klub məşqçiləri ilə görüş keçirdi

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Robert Prosineçki, AFFA-nın texniki direktoru Bernhard Lippert və Məşqçilər Komitəsinin üzvləri Topaz Premyer Liqasında çıxış edən klubların baş məşqçiləri ilə görüş keçirib. Azerisport.az xəbər verir ki, AFFA-nın baş katibi Elxan Məmmədovun iştirakı ilə keçirilmiş görüşdə ölkə futbolunun inkişafı, problemlərin həlli yolları müzakirə olunub.

Əsasən, futbolçuların hazırlıq səviyyəsi, uşaq futbolunun vəziyyəti xüsusi vurğulanıb. Mövsüm ərzində futbolçuların daha çox oyun keçirməsini təmin etmək üçün Topaz Premyer Liqası klublarının iştirakı ilə daha bir turnirin təşkilinin zəruriliyi qeyd olunub. Eləcə də, qış fasiləsi zamanı ölkə xaricində təlim-məşq toplanışı keçə bilməyən klubların arasında qısamüddətli turnirin keçirilməsi təklifi də səsləndirilib.

Görüş iştirakçıları təkliflərini irəli sürməklə yanaşı, müzakirələrin səmərəli və faydalı olacağına ümid etdiklərini bildiriblər.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.