14 dekabr 2015 15:45
"Azərbaycan millisinə qarşı necə oynamaq lazım olduğunu bilirdik"
Futzal üzrə Xorvatiya yığmasının baş məşqçisi Mato Stankoviç dünya çempionatının seçmə mərhələsi çərçivəsində Azərbaycan millisinə qarşı keçirdikləri oyunu şərh edib. Azerisport.az xəbər verir ki, o, 4:4 hesabıyla başa çatan görüşdən sonra bunları söyləyib:
"Biz ədalətli olmalı və etiraf etməliyik ki, Belarusa qarşı keçirdiyimiz ilk oyunda (4:7) özümüzdə deyildik. Azərbaycan yığmasına qarşı necə oynamaq lazım olduğunu bilirdik. Biz daha artığına nail olacaq gücdə olduğumuzu sübut edəcək vəziyyətdəydik. Amma növbəti mərhələyə vəsiqə qazana bilməməyimizə çox üzülürəm".
