14 dekabr 2015 15:00

Bədavi Hüseynov: Bundan sonra oynamaq Qarabağa asan olacaq

"Qarabağ"ın müdafiəçisi Bədavi Hüseynovun azerisport.az saytına müsahibəsi

- "Zirə" ilə oyunda növbəti dəfə xal itirdiniz. Son üç turda cəmi 1 qələbə qazanmısınız...
- "Zirə" ilə oyun çox çətin keçdi. Rəqibimiz güclü idi. Onlar bizə qarşı çox yaxşı oynadılar. İnamlı müdafiə olundular. Ona görə də rəqib qapısı qarşısında çoxlu qol vəziyyəti yarada bilmədik. Fikrimcə, nəticə oyuna görə oldu.

- Komanda Belçika "Anderlext"i ilə səfər oyunundan sonra yorğun idi? Bəlkə qələbə qazana bilməməyinizə bu səbəb oldu?
- Bəli, yorğunluğun təsiri oldu. Amma rəqib də ağıllı oynadı, bizə boş zonalar vermədi. Bizə qarşı yaxşı hazırlaşdıqları hiss olunurdu. Artıq qış fasiləsinə cəmi iki tur qalıb. Həmin görüşlərə yaxşı hazırlaşıb, qələbə qazanmalıyıq.

- Avropa Liqasındakı çıxışınızı başa vurduğunuzu nəzərə alsaq, "Qarabağ"a bundan sonra Premyer Liqada mübarizə aparmağın asan olacağını demək mümkündür?
- Fikrimcə, fiziki baxımdan asan olacaq. Artıq bütün diqqətimizi çempionat oyunlarına yönəldəcəyik. Amma oyunlarımızın asan keçəcəyini deməzdim. Çünki bütün rəqiblər "Qarabağ"la oyunlara xüsusi motivasiya ilə çıxırlar.

- "Anderlext"ə qarşı səfər oyunu barədə nə deyərdiniz?
- Biz güclü komanda ilə qarşılaşırdıq. Əlbəttə, qrupdan çıxmaq üçün bizə yalnız qələbə lazım olduğunu yaxşı başa düşürdük. Oyuna da çox yaxşı başladıq, topa nəzarət edirdik, hesabı açmışdıq. Amma sonra ani arxayınlaşma qolla nəticələndi. Çox keçməmiş ikinci qolu da buraxandan sonra oyunda dönüş yaratmaq bizim üçün çətinləşdi.

- İkinci hissədə "Qarabağ"ın bir neçə qol epizodu olsa da, yararlana bilmədi. Belə çıxır ki, Armenterosla Pupon Reynaldonu əvəzləyə bilmir?
- Belə oyunlarda qələbə qazanmaq üçün ələ düşən şanslardan maksimum yararlanmaq lazımdır. Bizdə isə bu baxımdan problemlər öz sözünü dedi. Təbii ki, Reynaldo "Qarabağ" üçün çox lazımlı futbolçudur. Amma uşaqlar onu layiqincə əvəzləmək üçün əllərindən gələni edirlər.

- Yəqin ki, növbəti avrokubok mövsümlərində bu ilki kimi çətin qrupa düşməyi heç də arzulamazsınız...
- Qrupdan çıxmağı istəyiriksə, "Tottenhem", "Monako", "Anderlext" kimi klublardan qorxmamalıyıq, onlara qarşı yaxşı oynamağı bacarmalıyıq. İki ildir ki, ardıcıl Avroliqanın qrup mərhələsinə çıxırıq, rəqiblərimizə çətin anlar yaşadırıq. Amma yenə də nəsə çatışmır. Öz üzərimizdə çalışıb, növbəti mövsümdə azarkeşlərimizi daha da sevindirməyə çalışacağıq. Bizə sonadək inanıb, dəstəkləyən bütün azarkeşlərimizə də təşəkkürümü bildirirəm.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.