14 dekabr 2015 13:30
İsrafilov oynamadı, Eybar 1 xal qazandı
İspaniya La Liqasında 15-ci turun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, Azərbaycan yığmasının yarımmüdafiəçisi Eddi İsrafilovun komandası - "Eybar" da növbəti matçına çıxıb.
Sözügedən klub doğma meydanda "Valensiya" ilə qarşılaşıb. Futbolçumuzun komandası bu görüşdə 1:1 hesablı heç-heçəyə razılaşıb. İsrafilov bu görüşün iştirak ərizəsində yer almayıb.
Qeyd edək ki, "Eybar" hazırda 21 xalla turnir cədvəlinin 10-cu pilləsində qərarlaşıb.
