14 dekabr 2015 12:45

AZAL-dan 75-ci ev qələbəsi

AZAL Azərbaycan çempionatlarında 75-ci ev qələbəsini qazanıb. Azerisport.az xəbər verir ki, paytaxt təmsilçisinin yubiley uğuru Topaz Premyer Liqasının 16-cı turuna təsadüf edib.

“Xəzər Lənkəran”ı 1:0 hesabı ilə məğlub edən bakılılar doğma azarkeşləri önündə 75-ci dəfə 3 xal qazanıb. AZAL buna öz meydanındakı 157-ci qarşılaşmada nail olub. Hesabında 41 heç-heçə və 41 məğlubiyyət olan “təyyarəçilər” Murad Səttarlının qolu ilə yubiley qələbəsinə sevinib. Evdə 212-ci qolu vuran paytaxt təmsilçisi 139 top buraxıb.

Güclülər dəstəsində 2005/06 mövsümündə debüt edən AZAL ilk ev qələbəsini “Olimpik” adlandığı vaxt qazanıb. Bu, komandanın öz meydanında keçirdiyi 9-cu matça təsadüf edib. 2006-cı il martın 12-də bakılılar “Göyəzən”i 2 cavabsız qolla məğlub edib.

AZAL-ın ev qələbələri mövsümlər üzrə: 2005/06 – 2, 2006/07 – 9, 2007/08 – 10, 2008/09 – 7, 2009/10 – 5, 2010/11 – 10, 2011/12 – 9, 2012/13 – 10, 2013/14 – 4, 2014/15 – 5, 2015/16 – 4.

Paytaxt klubu öz meydanında 22 komandanı məğlub edib: “Turan” – 8, “Bakı” - 7, “Kəpəz”, “Neftçi”, “Qəbələ”, “Simurq”, “Sumqayıt”, “Xəzər Lənkəran” – 5, “İnter”, “Karvan”, “Rəvan” – 4, “Muğan”, “Qarabağ” – 3, “Gənclərbirliyi”, MOİK, “Standard” – 2, ABN, “Bakılı”, “Göyəzən”, “Masallı”, “MKT-Araz”, “Şahdağ” – 1.

Premyer Liqada “Olimpik” və “Olimpik-Şüvəlan” adları altında da çıxış edən AZAL evdə 75 və daha çox qələbə qazanan 10-cu komanda kimi tarixə düşüb. Öz meydanında ən çox qələbə qazanan komanda “Qarabağ”dır – 220 dəfə. “Neftçi”nin 218 belə qələbəsi var. (PFL)

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.