14 dekabr 2015 11:20

Məhəmməd Qurbanov: Bu, indiki baş məşqçinin əvvəlkindən daha yaxşı olduğunu deməyə əsas vermir

"Neftçi"nin hücumçusu Məhəmməd Qurbanovun azerisport.az saytına müsahibəsi

- Son turda qarşılaşdığınız "Qəbələ" üzərində qazanılan 1:0 hesablı qələbə ilə bağlı nə deyə bilərsiniz?
- Dağlıq ərazidə oynamaq çox çətin idi. Tam fərqli hava şəraitir. Belə bir iqlimə uyğunlaşmaq çətin oldu. Amma yaxşı ki, birinci hissədə qol vurmağı bacardıq. Rəqibə qapımız qarşısında təhlükəli vəziyyətlər yaratmağa imkan vermədik.

- Siz start heyətdə tez-tez görünməsəniz də, bu oyunda ilk dəqiqələrdən oynadınız. Həyəcan yox idi?
- Xeyr. Oyundan bir gün öncə baş məşqçi oynayacağımı bildirmişdi. Özümü yaxşı tərəfdən göstərmək istəyi ilə meydana çıxmışdım. Çünki start heyətdə meydana çıxmaq imkanı tez-tez ələ düşmür.

- İki ay öncə sizə "Neftçi"nin dörd oyuna 10 xal toplayacağını desəydilər, inanardınız?
- Biz həmişə qələbə qazanmaq istəyirik. Amma mövsümün əvvəlini necə keçirdiyimizi nəzərə alsaq, yəqin ki, buna təəccüblənərdim. Tez-tez xallar itirirdik. Çox şadam ki, son dövrlər daha az xal itkisinə yol veririk. "Zirə" ilə heç-heçəni nəzərə almasaq, bütün görüşlərdə qələbə qazanmışıq.

- Əsgər Abdullayev əvvəlki baş məşqçiniz Samir Əliyevdən nə ilə fərqlənir?
- Hər bir məşqçinin futbola öz baxışı var. Həm Əliyevlə, həm də Abdullayevlə məmnuyyətlə çalışıram. Sadəcə, indi nəticə də var. Şadam ki, böhrandan çıxa bildik. Amma bu, hansısa baş məşqçinin yaxşı, hansınısa pis olduğunu deməyə əsas vermir.

- "Qəbələ" ilə oyun sizin üçün nə dərəcədə prinsipial idi?
- Birinci dövrədə onlara məğlub olmağa layiq deyildik. Bu dəfə isə qələbə qazanmaqla üstün olduğumuzu göstərdik. Çempionatın iki liderinə - "Qarabağ"la "Qəbələ"yə qol buraxmadan qalib gəlmişik. Bizi qarşıda daha iki prinsipial oyun gözləyir.

- AZAL və "Kəpəz"lə oyunların nəyi prinsipialdır?
- İlk dövrədə AZAL-a uduzmuşduq, bu dəfə qələbə qazanmaq istəyirik. "Kəpəz" isə "Neftçi"nin tarixi rəqiblərindəndir. Ona görə bu klubların duelləri də prinsipial əhəmiyyət daşıyır. Hər iki görüşdə qələbə qazanmaq istəyirik.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.