14 dekabr 2015 11:00

Millimizin DÇ-2016-ya vəsiqə yolundakı potensial rəqibləri bəllidir

2016-cı ildə Kolumbiyada təşkil olunacaq dünya çempionatının pley-offçuları bəlli olub. Azerisport.az xəbər verir ki, mundiala 7 vəsiqə uğrunda mübarizə aparacaq 14 komanda arasında Azərbaycan millisi də var.

Digər kollektivlər isə Belarus, Ukrayna, Macarıstan, Rusiya, Serbiya, İspaniya, Hollandiya, Qazaxıstan, Sloveniya, Portuqaliya, Polşa, İtaliya və Slovakiyadır.

Pley-off mərhələsinin püşkatma mərasimi 2016-cı il fevralın 12-də Serbiyanın paytaxtı Belqradda təşkil olunacaq. Bu mərhələnin oyunları isə martın 22-də və aprelin 12-də keçiriləcək.

Qeyd edək ki, püşkatma zamanı qrup birincisi olan kollektivlər pley-offa qrup ikincisi kimi yüksələn komandalarla üz-üzə gələcək. Sadəcə, əsas seçmə mərhələdə eyni qrupda mübarizə aparmış yığmaların yenidən üz-üzə gəlməsinə imkan verilməyəcək.

Pley-off mərhələsinin 7 qalibi Avropanı dünya çempionatında təmsil edəcək. Azərbaycan yığması isə ilk dəfə dünya çempionatının final mərhələsinə vəsiqə qazana bilər. Millimizin potensial rəqibləri bunlardır: Serbiya, Hollandiya, Sloveniya, Polşa və Slovakiya.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.