14 dekabr 2015 00:40

Prosineçki: Belə bir rəqiblə heç-heçə uğurdur

Azərbaycan yığmasının baş məşqçisi Robert Prosineçki Topaz Premyer Liqasının 16-cı turu çərçivəsində izlədiyi "Zirə" - "Qarabağ" oyunundan (0:0) sonra azerisport.az saytının suallarını cavablandırıb.

- "Zirə" - "Qarabağ" oyunu necə idi?
- Oyun heç də xoşuma gəlmədi. Çünki qol vəziyyətləri çox az oldu. "Zirə"ni belə bir nəticə münasibətilə təbrik etmək olar. Çünki hazırda Azərbaycanın güclü komandasına qarşı oynayırdılar. Belə bir rəqiblə heç-heçə uğurdur. Baxmayaraq ki, "Qarabağ" bu gün bütün keyfiyyətlərini nümayiş etdirə bilmədi.

- Berti Foqtsa yığmamızı qışda təlim-məşq toplanışına aparsa da, siz bundan imtina etmisiniz. Bunun səbəbi nədir? Yoxlama oyunu olmayacaq?
- Futbolçuları klublarının Antalya toplanışında izləyəcəyəm. Yığmanın mart ayında toplanışı nəzərdə tutulub. Təbii ki, həmin vaxt yoxlama oyunu da olacaq. Danışıqlar davam edir. Ona görə hansı komanda ilə qarşılaşacağımızı deyə bilmərəm.

- DÇ-2018-in seçmə mərhələsindəki rəqiblərimizdən üçü - Almaniya, Rusiya və Şimali İrlandiya AÇ-2016-nın final mərhələsində iştirak edəcək. Onların qitə birinciliyindəki çıxışını canlı izləmək fikriniz var?
- Əlbəttə, izləyəcəyəm. Fransaya gedəcəyəm və rəqiblərimizin oyunlarını stadiondan izləməyə çalışacağam.

- Deyilənə görə, "Xəzər Lənkəran"ı tərk etməyə hazırlaşan Rahid Əmirquliyev qışda Xorvatiyanın "Riyeka" klubuna keçəcək və bu işdə vasitəçi sizsiniz...
- Təəssüf ki, "Xəzər Lənkəran" hazırda maliyyə problemlərindən əziyyət çəkir. Rahidin "Riyeka"ya keçidi məsələsinə gəlincə, bu barədə heç nə deyə bilmərəm. Mən sadəcə, onun formada qalacağı, daha da artıracağı yaxşı komandada oynamasını istəyərdim. Bu, məni çox sevindirər.

- Siz özünüz ona Xorvatiya klubuna keçməyi məsləhət görmüsünüz?
- Mənim "Riyeka" ilə heç bir əlaqəm olmayıb. Məndən bu barədə heç kim heç nə soruşmayıb. Mənim də bu məsələdə adımın hallandığını mətbuatdan öyrənmişəm. Amma bu, elə deyil. "Riyeka"dan mənə zəng gəlsə, təbii ki, Rahidin problemsiz oynayacağını və komandaya fayda verəcəyini deyərəm.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.