13 dekabr 2015 19:30
Qəbələnin müdafiəçisi ilin sonuna kimi sıradan çıxdı
"Qəbələ"nin müdafiəçisi Ruslan Abışov yanvara kimi sıradan çıxıb. Azerisport.az xəbər verir ki, o, ölkə kubokunun 1/8 final mərhələsi çərçivəsində "Mil-Muğan"a qarşı oyunda zədələnib.
Tibbi müayinədən sonra onun təxminən 15 günlük müalicəyə ehtiyacının olduğu bəlli olub. Belə olan halda o, komandasının bu ilin sonunadək baş tutacaq qalan iki oyununda meydana çıxa bilməyəcək. O, "Qəbələ"nin yanvar toplanışından etibarən məşqlərə başlayacaq.
