Azərbaycan Xorvatiya ilə sülh bağlasa da, qrup lideri oldu
Futzal üzrə Azərbaycan milli komandası bu gün dünya çempionatının əsas seçmə mərhələsi çərçivəsində son matçına çıxıb. Azerisport.az xəbər verir ki, yığmamızın rəqibi 2-ci qrupun oyunlarına ev sahibliyi edən Xorvatiya olub.
Qeyd edək ki, Azərbaycan millisi əvvəlki oyunlarında İsveçə 8:2, Belarusa isə 7:2 hesabıyla qalib gəlmişdi. Xorvatiya isə Belarusa 4:7 hesabıyla uduzub, İsveçə 5:1 qalib gəlib.
Komandamıza son oyunda qrup liderliyini təmin etmək üçün hətta heç-heçə də bəs edir. Futzalçılarımız bir neçə dəfə bu oyunda hesabda önə keçsələr də, sonda tərəflər heç-heçəyə razılaşıblar. Bu, Azərbaycanın əsas seçmə mərhələni qrup qalibi kimi başa vurmasına şərait yaradıb.
DÇ-nin əsas seçmə mərhələsi
2-ci qrup
13 dekabr
Azərbaycan - Xorvatiya - 4:4 (1:0)
Qollar: S.Çuykov, 5 (1:0). F.Yelovçiç, 24 (1:1). Amadeu, 28 (2:1). V.Borisov, 29 (3:1). Y.Suton, 29 (3:2). Y.Qrçiç, 37 (3:3). V.Borisov, 37 (4:3). K.Qrbeşa, 38 (4:4).
Osiyek. "Dvorana Qradski" stadionu.
Azərbaycan: 12. Rövşən Hüseynli, 6. Eduardo, 15. Rafael, 9. Auqusto, 10. Amadeu.
Ehtiyat oyunçular: 19. Elnur Zamanov, 3. Zeynal Zeynalov, 8. Rizvan Fərzəliyev (k), 2. Samir Həmzəyev, 4. Ramiz Çovdarov, 5. Fineo de Araujo, 14. Vitali Borisov, 17. Andre, 18. Sergey Çuykov.
Xorvatiya: 20. Franko Biliç, 3. Yakov Qrçiç, 10. Tihomir Novak, 7. Franko Yelovçiç, 11. Yosip Suton.
Ehtiyat oyunçular: 1. İvo Jukiç (k), 2. Vedran Matoşeviç, 4. Kristian Qrbeşa, 13. Renato Koturoviç, 16. Toni Yelaviç, 6. Saşa Babiç, 8. Dario Marinoviç, 9. Andrey Pandureviç, 17. Luka Periç.
20:00. İsveç - Belarus - 2:2
Qrupdakı vəziyyət: Azərbaycan - 7, Belarus - 4, Xorvatiya - 4, İsveç - 1.
