13 dekabr 2015 15:30

Vitali Borisov: Xorvatiya ilə oyunda heç-heçə barədə düşünməyəcəyik

Futzal üzrə Azərbaycan yığmasının liderlərindən biri - Vitali Borisov dünya çempionatının seçmə mərhələsi çərçivəsində bu gün Xorvatiyaya qarşı keçirəcəkləri həlledici oyun öncəsi azerisport.az saytının suallarını cavablandırıb.

- Seçmə mərhələdəki ikinci oyunda Belarusa da 7:2 hesabıyla qalib gəldiniz. Həmin matçla bağlı nə deyə bilərsiniz?
- Çox maraqlı oyun oldu. İlk yarının sonlarında 3 qol vurduq. Belə böyük hesabla qələbə qazanmağımızda da məhz bunun böyük rolu oldu.

- Yəqin ki, 7:2 hesabı sizin üçün gözlənilməz oldu. Çünki matçdan öncə rəqibin çox güclü olduğunu deyirdiniz...
- Düzünü deyim ki, mən bu hesabla qalib gələcəyimizi gözləmirdim. Amma qələbə qazanacağımıza inanırdım.

- Həm İsveç, həm də Belarusa nəyin hesabına darmadağınla qalib gəldiniz?
- Digər oyunlarla müqayisədə biz bu görüşlərdə daha dəqiq oynadıq, az səhvə yol verdik, ələ düşən imkanlardan yaxşı yararlandıq. Hətta deyərdim ki, realizasiya baxımından bizdə hər şey yüksək səviyyə oldu.

- Yəqin ki, bu iki darmadağından sonra Osiyekdə hər kəs sizi Xorvatiya ilə qarşılaşmanın favoriti hesab edir...
- Düzünü deyim ki, burada bizim haqqımızda nə danışdıqlarını bilmirəm. Amma mənə elə gəlir ki, xorvatlar üçün ölkələrinin yığması həmişə favoritdir.

- Əvvəlki görüşlərdəki uğurun davamını gətirə biləcəksiniz?
- Xorvatiya heç də zəif komanda deyil. Heyətlərində kifayət qədər yaxşı oyunçu var. Amma biz də tam gücümüzü qoyacağıq. Bu oyunda qələbə bizə reytinq xallarımızı artırmaq baxımından da çox vacibdir. Belarus bu rəqibə qalib gəlmişdi. Niyə biz də eyni uğura imza atmayaq?

- Qrupda birinci yeri tutmaq üçün sizə heç-heçə də kifayətdir...
- Bəli. Hətta minimal hesablı qələbə də bizi qrup birincisi edəcək. Amma biz heç-heçə və məğlubiyyət barədə düşünmürük. Biz ancaq qələbə barədə düşünürük. Daha sonra pley-off oyunları olacaq. Allah eləsin ki, orada da uğur qazanaq.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.