13 dekabr 2015 14:30
Laşa Salukvadze: İnterdə vəziyyət düzəlsə, klubdan getməyəcəyəm
"İnter"in müdafiəçisi Laşa Salukvadze bəyan edib ki, qışda komandanı tərk edəcəyinə dair qərarını hələ dəqiqləşdirməyib. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"İnter"də vəziyyət düzəlsə, klubda qalacağam. Çünki klub rəhbərliyi hər şeyin yaxşı olacağına söz verib. Deyilənə görə, bundan sonra klubun yeni rəhbərliyi olacaq. Onlar yaxşı komanda formalaşdıracaqlar. Dekabrın sonunda hər şeyin şahidi olacağıq. Hər şeyə rəğmən, "İnter" hər oyunda qələbəyə oynayır. Problemlər barədə düşünsək, meydana çıxmağın əhəmiyyəti də qalmaz".
