13 dekabr 2015 13:00
Dadaşovun komandası yenə uduzdu
Almaniyanın Şimal-Şərq Regional Liqasında 18-ci turun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, Azərbaycan yığmasının sabiq hücumçusu Rüfət Dadaşovun komandası - "Germaniya Halberştadt" klubu da növbəti matçına çıxıb.
Sözügedən komanda doğma meydanda "Şenberq"lə qarşılaşıb. Matç futbolçumuzun komandasının 1:3 hesablı məğlubiyyəti ilə başa çatıb. Rüfət bu matçın 46-cı dəqiqəsində meydana çıxsa da, komandasına heç nə ilə kömək edə bilməyib.
Qeyd edək ki, Dadaşovun komandası 5 xalla 18 klub arasında sonuncu pillədə qərarlaşıb.
