13 dekabr 2015 12:30
Erat oynadı, Fortuna məğlub oldu
Almaniya Qərb Regional Liqasında 19-cu turun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, Azərbaycan yığmasının yarımmüdafiəçisi Toğrul Eratın komandası - "Fortuna"nın 23 yaşlıları da növbəti matçına çıxıb.
Düsseldorf təmsilçisinin ikinci komandası səfərdə "Borussia II" (Dortmund) ilə qarşılaşıb. Görüş futbolçumuzun komandasının 2:4 hesablı məğlubiyyəti ilə başa çatıb. Erat bu görüşdə 90 dəqiqə meydanda olub.
Qeyd edək ki, Toğrulun komandası hazırda 25 xalla 19 klub arasında 12-ci pillədə qərarlaşıb.
