13 dekabr 2015 12:00

Ansi Aqolli: Fransada həm də Qarabağı təmsil edəcəyəm

Albaniya yığmasının və "Qarabağ"ın müdafiəçisi Ansi Aqollinin azerisport.az saytına müsahibəsi

- Albaniya yığması Avropa çempionatının final mərhələsində Fransa, İsveçrə və Rumıniya ilə bir qrupda yer aldı. Qrupunuzu necə qiymətləndirərdiniz?
- Heç bir narahatlıq yoxdur. Hər şey qaydasındadır. Aydın məsələdir ki, Avropa çempionatının finalındakı hər bir komanda güclüdür. Şadam ki, belə bir qrupa düşmüşük. Şanslar barədə yalnız onu deyə bilərəm ki, futbolda mümkünsüz heç nə yoxdur. Hər şey ola bilər. İtiriləsi də heç nə yoxdur. Fransaya əla əhval-ruhiyyədə gedəcəyik. Ən yaxşı futbolumuzu göstərib, yaxşı nəticələr qazanmağa çalışacağıq.

- İlk oyununuzu İsveçrəyə qarşı keçirəcəksiniz...
- Çox yaxşı komandadır. Amma biz istənilən halda meydana uğurlu nəticə üçün çıxacağıq.

- Albaniya sürpriz edə bilər?
- Dediyim kimi, futbolda mümkünsüz heç nə yoxdur. Biz də Fransada bunu isbatlamağa çalışacağıq.

- Qrupdakı rəqiblərin hansından daha çox ehtiyatlanırsınız?
- Heç bir komandadan ehtiyatlanmaq lazım deyil. Amma fikrimcə, qrupun favoriti Fransadır. Çox güclü komandadır. Onlar həm də doğma meydanda oynayacaqlar.  İsveçrəyə qarşı oyun isə daha maraqlı olacaq. Bunu bir növ Albaniya derbisi də adlandırmaq olar.

- "Qarabağ"ın Avropa çempionatında oynayan ilk futbolçusu kimi tarixə düşməyi bacaracaqsınız?
- Bəli. Bu, həyatımın ən həyəcanlı anlarından biri olacaq. Çox şad olacağam. AÇ-2016-da həm də "Qarabağ"ı təmsil edəcəyəm. Albaniya yığmasının əksər futbolçuları tanınmış klublarda çıxış edir. Bəzisi İtaliya A Seriyasında, Almaniya Bundesliqasında, Fransa Liqa 1-də oynayır. Mən isə "Qarabağ"ın üzvüyəm və Fransada klubumu təmsil etməyimlə fəxr hiss edəcəyəm.

- Yəqin ki, "Qarabağ"a keçidinizi karyeranızın ən uğurlu addımı hesab edirsiniz. Bu komanda sizin üçün uğurlu olub?
- "Qarabağ"da oynadığım üçün çox şadam. Komandamın uğurları üçün həmişə mübarizə aparmağa hazıram.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.