13 dekabr 2015 11:30
Subaşiç oynadı, klubu yenə də məğlub oldu
Serbiya Super Liqasında 21-ci turun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, Azərbaycan yığmasının sabiq hücumçusu Branimir Subaşiçin komandası - "OFK Belqrad" da növbəti matçına çıxıb.
Sözügedən klub doğma meydanda "Javor"la qarşılaşıb. Matç Subaşiçin komandasının 0:1 hesablı məğlubiyyəti ilə başa çatıb. Branimir bu qarşılaşmanın 76-cı dəqiqəsində meydana çıxsa da, komandasına heç nə ilə kömək edə bilməyib.
Qeyd edək ki, "OFK Belqrad" hazırda 18 xalla 16 klub arasında 13-cü pillədə qərarlaşıb.
