13 dekabr 2015 19:52

Qəbələ Neftçiyə uduzdu, Qarabağla Zirə sülh bağladı

Bu gün Topaz Premyer Liqasında 16-cı tura yekun vurulub. Azerisport.az xəbər verir ki, son oyun günündə üç görüş baş tutub.

Öncə Şüvəlanda AZAL "Xəzər Lənkəran"la münasibətlərinə aydınlıq gətirib. Oyun meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə başa çatıb.

Avrop Liqasındakı çıxışını başa vuran və uzun müddətdən sonra son turda qələbəyə sevinən "Qəbələ" bu dəfə "Neftçi" ilə üz-üzə gəlib. Bu görüşün də taleyini bir qol həll edib. Amma qələbəni qonaqlar bayram ediblər.

Turun qapanış matçında isə lider və son çempion "Qarabağ" səfərdə cari mövsümün debütantı və əsas sürprizi "Zirə" ilə qarşılaşıb. Bu görüşdə qapılara qol vurulmayıb.

Topaz Premyer Liqası
16-cı tur

13 dekabr (bazar)

AZAL - “Xəzər Lənkəran” - 1:0 (0:0)
Qol: M.Səttarlı, 70 (1:0).
Hakimlər: Rauf Cabbarov, Namiq Hüseynov, İsgəndər Əliyev, Nail Nağıyev.
Bakı. AZAL Arena.

AZAL: 16. Stanislav Namaşko, 3. Tural Hümbətov, 24. Emin Cəfərquliyev (k), 5. Kamil Hüseynov, 28. Müşfiq Teymurov, 6. Tagim Novruzov, 14. İlqar Ələkbərov, 21. Murad Səttarlı, 10. Nuqzar Kvirtiya, 9. Aydın Qasımov, 22. Kamal Mirzəyev.
Ehtiyat oyunçular: 1. Amil Ağacanov, 19. Məhəmməd Bədəlbəyli, 20. İsmayıl İbrahimli, 15. Rüfət Musayev, 11. Ruslan Nəsirli, 7. Tərlan Xəlilov, 27. Aleksandr Quruli.
Baş məşqçi: Tərlan Əhmədov.
“Xəzər Lənkəran”: 1. Orxan Sadıqlı, 8. Elşən Rzazadə, 11. Kazım Kazımlı, 14. Rahid Əmirquliyev (k), 16. İbrahim Qədirzadə, 18. Tural Cəlilov, 32. Zaman Mirzəzadə, 42. Kamran Abdullazadə, 72. Elvin Mirzəyev, 97. Elnur Cəfərov, 99. Mahsum Qəmbərli.
Ehtiyat oyunçular: 25. Tərlan Qasımzadə, 5. Fərid Əsədov, 41. Hüseyn Xəlilzadə, 77. Əli Əliyev, 79. Namiq Qocayev.
Baş məşqçi: Yunis Hüseynov.

“Qəbələ” - “Neftçi” - 0:1 (0:1)
Qol: F.J.Rodriqes, 22 (0:1).
Hakimlər: Rəhim Həsənov, Rza Məmmədov, Akif Əmirəli, Zeynal Zeynalov.
Əlavə köməkçi hakimlər: Əliyar Ağayev, Rəvan Həmzəzadə.
Qəbələ şəhər stadionu.

“Qəbələ”: 1. Andrey Popoviç, 3. Voyislav Stankoviç, 6. Rəşad Sadiqov, 8. Məhəmməd Mirzəbəyov, 10. Dodo (k), 19. Aleksey Qay, 21. Arif Daşdəmirov, 25. Qismət Alıyev, 44. Rafael Santos, 69. Aleksey Antonov, 88. Derlis Meza Kolli.
Ehtiyat oyunçular: 33. David Petrkeviç, 11. Asif Məmmədov, 15. Vitali Vernidub, 18. Vadim Abdullayev, 20. Rikardinyo, 32. Fakundo Pereyra, 34. Ürfan Abbasov.
Baş məşqçi: Roman Qriqorçuk.
“Neftçi”: 1. Aqil Məmmədov (k), 3. Filyo Jayro Rodriqes, 5. Xuan Alberto Melli, 6. Aylton Silva, 26. Kamal Qurbanov, 11. Ruslan Qurbanov, 15. Erik Ramos, 17. Rəhman Hacıyev, 19. Fəhmin Muradbəyli, 18. Kaue da Silva, 14. Məhəmməd Qurbanov.
Ehtiyat oyunçular: 24. Mixal Peskoviç, 4. Rahil Məmmədov, 7. Araz Abdullayev, 16. Əziz Quliyev, 21. Samir Məsimov, 20. Salas Kinta Antonio, 95. Elvin Bədəlov.
Baş məşqçi: Əsgər Abdullayev.

“Zirə” – “Qarabağ” - 0:0 (0:0)
Hakimlər: Orxan Məmmədov, Knyaz Əmiraslanov, Kamran Bayramov, Coşqun Həsənov.
Əlavə köməkçi hakimlər: Fariz Yusifov, İnqilab Məmmədov.
Zirə İdman Kompleksinin stadionu, 18:00.

“Zirə”: 85. Kamal Bayramov, 37. Yovan Krneta, 39. Sadiq Quliyev, 13. Aleksandr Şemonayev, 5. Adil Nağıyev, 11. Viktor İqbekoyi, 33. Dieqo Souza, 10. İqor İvanoviç, 27. Rəşad Abdullayev (k), 32. Luis Alberto Diez, 9. Nelson Bonilya.
Ehtiyat oyunçular: 95. Elməddin Məmmədov, 17. Nicat Qurbanov, 7. Rihayro, 8. Tərzin Cahangirov, 28. Təmkin Xəlilzadə, 6. Hacı Əhmədov, 96. Elgün Nəbiyev.
Baş məşqçi: Adil Şükürov.
“Qarabağ”: 13. İbrahim Şehiç, 2. Qara Qarayev, 5. Maksim Medvedev (k), 8. Migel Madera, 11. Elvin Məmmədov, 19. Azər Salahlı, 29. Raydel Pupon, 32. Elvin Yunuszadə, 55. Bədavi Hüseynov, 77. Cavid Tağıyev, 91. Coşqun Diniyev.
Ehtiyat oyunçular: 1. Fərhad Vəliyev, 6. Vüqar Mustafayev, 10. Dani Kintana, 18. İlqar Qurbanov, 20. Riçard Almeyda, 90. Samuel Armenteros, 97. Mahir Mədətov.
Baş məşqçi: Qurban Qurbanov.

Turun digər oyunları: “Kəpəz” - “Rəvan” - 0:0, “İnter” - “Sumqayıt” - 2:3.

Bombardirlər:
6 qol
- Riçard Almeyda ("Qarabağ"), Ruslan Qurbanov ("Neftçi"), Aleksey Antonov ("Qəbələ").

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.