13 dekabr 2015 00:25
Ansi Aqolli: Albaniya milli komandasının AÇ-də itiriləsi heç nəyi yoxdur
Albaniya yığmasının müdafiəçisi Ansi Aqolli AÇ-2016-nın final mərhələsi çərçivəsində Fransa, Rumıniya və İsveçrə ilə bir qrupa düşmələrinə münasibət bildirib. "Qarabağ"ın futbolçusu azerisport.az saytına açıqlamasında bunları söyləyib:
"Belə bir qrupa düşdümüyüzə görə şadam. Şanslarımıza gəlincə, mümkünsüz heç nə yoxdur. Hər şey ola bilər. Bizim itiriləsi heç nəyimiz yoxdur. Fransaya əla əhval-ruhiyyə ilə gedəcəyik. Ən yaxşı futbolumuzu göstərməyə və yaxşı nəticələr qazanmağa çalışacağıq".
