13 dekabr 2015 00:15
Nazarov oynadı, Karlsrue qalib gəldi
Almaniya ikinci Bundesliqasında 18-ci turun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, Azərbaycan yığmasının yarımmüdafiəçisi Dmitri Nazarovun komandası - "Karlsrue" də növbəti matçına çıxıb.
Sözügedən klub doğma meydanda "Qroyter Fyurt" ilə qarşılaşıb. Futbolçumuzun komandası bu oyunda 1:0 hesablı qələbəyə sevinib. Nazarov bu görüşün 65-ci dəqiqəsində meydana çıxıb.
Qeyd edək ki, "Karlsrue" hazırda 22 xalla 18 klub arasında 12-ci pillədə qərarlaşıb.
