13 dekabr 2015 00:10
Qarabağ da AÇ-2016-nın final mərhələsindən gəlir götürəcək
UEFA 2016-cı ildə Fransada keçiriləcək Avropa çempionatının final mərhələsinin mümkün gəlirləri ilə bağlı rəqəmləri açıqlayıb. Azerisport.az xəbər verir ki, UEFA qitə birinciliyindən 1.95 milyard gəlir gözləyir.
Bunun 150 milyonu futbolçuları qitə birinciliyində iştirak edəcək klublar arasında bölünəcək. Bu klublar arasında "Qarabağ" da var. Belə ki, Ağdam klubunun müdafiəçisi Ansi Aqollinin şərəfini qoruduğu Albaniya yığması da AÇ-nin final mərhələsində iştirak edəcək.
Qeyd edək ki, sözügedən komanda Fransa, Rumıniya və İsveçrə ilə birgə A qrupunda mübarizə aparacaq.
