11 dekabr 2015 17:45
Sergey Zenyov: Krasnodara qarşı oyunumuz alınmadı
"Qəbələ"nin hücumçusu Sergey Zenyov Avropa Liqasının qrup mərhələsinin son turu çərçivəsində Rusiyanın "Krasnodar" klubuna qarşı keçirdikləri oyunla bağlı fikirlərini bölüşüb. Azerisport.az saytına açıqlamasında o, 0:3 hesablı məğlubiyyətlə bağlı bunları söyləyib:
"Bizim oyunumuz sadəcə, alınmadı. Qol epizodlarımız olsa da, onlardan yararlana bilmədik. Niyəsini bilmirəm. Bilsəydim, deyərdim".
