11 dekabr 2015 15:40
Dennis Prat: Qarabağ yaxşı komandadır, amma uğur qazanacağımıza şübhə etmirdim
Belçikanın "Anderlext" klubunun yarımmüdafiəçisi Dennis Prat Avropa Liqasının qrup mərhələsi çərçivəsində "Qarabağ"a qarşı keçirdikləri oyunu şərh edib. Azerisport.az xəbər verir ki, o, bunları söyləyib:
"Qarabağ" yaxşı komandadır. Amma mən bizim uğur qazanacağımıza heç bir şübhə etmirdim. Hətta hesabda geri düşəndə də. Fasilədə "Tottenhem"in Londonda "Monako"ya 3:0 hesabıyla qalib gəldiyini də öyrəndik. Ona görə də çox risk etməməyə qərar verdik. Bu üzdən müdafiəyə daha çox diqqət ayırdıq".
