11 dekabr 2015 14:00
Besnik Hasi: Qarabağla matçın ilk hissəsində çox yaxşı oynadıq
Belçikanın "Anderlext" klubunun baş məşqçisi Besnik Hasi Avropa Liqasının qrup mərhələsi çərçivəsində "Qarabağ"a qarşı keçirdikləri oyunu şərh edib. Azerisport.az xəbər verir ki, o, 2:1 hesabıyla qalib gəldikləri görüşlə bağlı bunları söyləyib:
"Birinci hissədə çox yaxşı oynadıq. Qol buraxsaq da, tez toparlandıq, önə keçməyi bacardıq. Yaxşı pressinq edirdik. Nəticədə vacib qələbə qazandıq. Nəticədən çox razıyam. "Qarabağ"a Bakıdakı məğlubiyyətdən sonra hər şey bizim üçün itirilmiş görünürdü. Amma son oyunlarda 12 mümkün xaldan 9-nu qazana bildik".
