11 dekabr 2015 02:00
Joazinyo: Qəbələ ilk qola qədər yaxşı oynadı
Rusiyanın "Krasnodar" klubunun yarımmüdafiəçisi Joazinyo Avropa Liqasının qrup mərhələsi çərçivəsində "Qəbələ"yə qarşı keçirdikləri oyunu şərh edib. Azerisport.az xəbər verir ki, o, 3:0 hesabıyla qalib gəldikləri görüşdən sonra bunları söyləyib:
"Qəbələ" yaxşı oynadı. Amma ilk qola qədər. Rəqibimiz bütövlükdə yaxşı komandadır. Onlar bunu hələ Rusiyadakı ilk oyunda göstərmişdilər".
