11 dekabr 2015 00:35
Fariz Nəcəfov futbolçulara təşəkkür etdi
"Qəbələ"nin vitse-prezidenti Fariz Nəcəfov Avropa Liqasının qrup mərhələsi çərçivəsində Rusiyanın "Krasnodar" klubuna qarşı keçirdikləri oyunu şərh edib. Azerisport.az xəbər verir ki, o, 0:3 hesabıyla uduzduqları görüşdən sonra bunları söyləyib:
"İlk qola qədər uşaqlar yaxşı oynadılar. Gücümüzün çatdığı qədər oynadıq. Əlbəttə, daha yaxşı oynaya bilərdik. Amma alınmadı. Futbolçularımıza bu avrokubok mövsümündə bizə bəxş etdikləri sevincə görə təşəkkürümü bildirirəm".
