Oleq Kononov: Krasnodar layiqli qələbə qazandı
Rusiyanın "Krasnodar" klubunun baş məşqçisi Oleq Kononov Avropa Liqasının qrup mərhələsinin son turu çərçivəsində "Qəbələ"yə qarşı keçirdikləri səfər oyunundan sonra jurnalistlərin suallarını cavablandırıb. Azerisport.az sizi həmin açıqlamalarla tanış edir.
- Oyun barədə nə deyə bilərsiniz?
- Vacib qələbə qazandıq. Qrupda birinci yeri tutduq. Komandamı təbrik edirəm. Layiqli qələbə oldu. Komandamız yaxşı futbol sərgilədi.
- Futbolçulara hansı tapşırıqları vermişdiniz?
- Adətən hər bir oyunda sərgilədiyimiz futbolu göstərməyi tapşırmışdım. "Qəbələ"nin sürətli oynamadığını görürdük. Bundan istifadə edib sürətli hücumlar qurduq və qələbə qazandıq.
- İlk turdan sonra xalsız olduğunuz halda sonda qrup birincisi oldunuz. Bu, nə ilə bağlıdır?
- Biz öz üzərimizdə çox çalışırdıq. Bu da oyun keyfiyyətimizin yaxşılaşmasına təsirsiz ötüşmür. Heyətimizə bir neçə yeni oyunçu cəlb olunmuşdu. Onlar da tədricən lazım olan futbolu sərgiləməyə başladılar.
- "Qəbələ"yə qarşı keçirdiyiniz birinci və ikinci oyun arasında nə kimi fərqlər gördünüz? Belə asan olacağını gözləyirdiniz?
- Müqayisə aparmaqda məna görmürəm. Biz hesabın necə olacağını təxmin etməmişdik. Sadəcə, qələbə qazanmaq istəyirdik.
