10 dekabr 2015 20:00

Ceyhun Cavadov: Rəvanın turnir cədvəlindəki yeri gərək bizi aldatmasın

“Bütün oyunlarımız çətin keçir, yəqin ki, “Rəvan”la görüşümüz də belə olacaq. Rəqib yeni baş məşqçi gələndən sonra yaxşı nəticələr göstərir. Ona görə də gərgin oyun olacaq”. Azerisport.az xəbər verir ki, bu sözləri “Kəpəz”in futbolçusu Ceyhun Cavadov deyib.

Futbolçu Topaz Premyer Liqasının 14-cü turunda keçiriləcək “Rəvan”la oyun öncəsi fikirlərini klub saytına bildirib: “Matçın əhəmiyyətini yaxşı başa düşürük və ciddi yanaşırıq. Nəyin bahasına olur-olsun, qələbə qazanmalıyıq. Vaxt az olsa da, oyuna yaxşı hazırlaşmışıq. “Rəvan”ın turnir cədvəlindəki yeri gərək bizi aldatmasın. Yaxşı yerli futbolçuları var. Qitə miqyaslı turnirdə oynamaq istəyiriksə, mütləq qış fasiləsinə kimi bütün oyunları udmalıyıq”.

Gənc yarımmüdafiəçi “Kəpəz”də icarə əsasında çıxış edir. Cavadov cari mövsümün əvvəlində “Rəvan”dan bir illik icarəyə götürülüb. Qarşıdakı görüşdə baş məşqçi Şahin Diniyev şans verəcəyi təqdirdə futbolçu müqavilə ilə məxsus olduğu kluba qarşı oynayacaq. Yeri gəlmişkən, ilk dövrədə keçirilən və “sarı-göylər”in qələbəsi ilə nəticələnən matçda Ceyhun oynamaq imkanı qazanmışdı: “Əlbəttə, şans gözləyirəm. Şahin müəllim nə vaxt məni meydana buraxmağın lazım olduğunu bilir. Oynamağa hazıram, belə imkan qazansam, əlimdən gələni edəcəyəm”.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.