10 dekabr 2015 19:20
"Qarabağla matç karyeramda ən vacib oyundur"
Belçikanın "Anderlext" klubunun yarımmüdafiəçisi Kara Mbodji Avropa Liqasının qrup mərhələsi çərçivəsində "Qarabağ"a qarşı keçirəcəkləri oyun öncəsi fikirlərini bölüşüb. Azerisport.az xəbər verir ki, o, açıqlamasında bunları söyləyib:
"Bu, mənim "Anderlext" karyeramda ən vacib oyundur. Qapımızın toxunulmazlığını qorumağımız lazımdır. Taleyimiz öz əlimizdədir. Qalib gəlməyə çalışmalıyıq".
