Elmar Baxşiyev: Qəbələ qrup mərhələsini 5 xalla başa vursa, uğurlu sayıla bilər
"Qəbələ"nin sabiq yarımmüdafiəçisi Elmar Baxşiyev Avropa Liqasının qrup mərhələsi çərçivəsində Rusiya "Krasnodar"ına qarşı keçiriləcək oyunla bağlı fikirlərini bölüşüb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Bu oyun bizim üçün prestij baxımından vacibdir. "Qəbələ" qrup mərhələsini 5 xalla, 3-cü pillədə başa vursa, bu, uğurlu nəticə sayıla bilər. "Krasnodar"ın hücum xətti güclü futbolçulardan təşkil olunub. "Qəbələ" müdafiədə diqqətli oynamalıdır. Komandamız Rusiyada da bu rəqibinə qarşı yaxşı oynamışdı. Sadəcə, futbolçularımızda dəqiqlik çatışmadı. Halbuki, qol vəziyyətləri kifayət qədər idi. Onların sadəcə, birindən yararlandıq, bu isə məğlubiyyətdən xilas olmağa yetmədi. Fikrimcə, qrup mərhələsindəki təcrübəsi komandamıza gələcəyə də optimist baxmağa imkan verəcək".
