10 dekabr 2015 17:30
Sabiq futbolçusu İnterdən UEFA-ya şikayət edəcək
"İnter"in sabiq müdafiəçisi Matiya Şpiçiç paytaxt klubundan UEFA-ya şikayət etməyə hazırlaşır. Azerisport.az xəbər verir ki, ötən yay "İnter"dən ayrılan xorvatiyalı futbolçu bunu azerisport.az saytına açıqlamasında bəyan edib:
"İnter"in mənə nə qədər borcunun olduğunu demək istəmirəm. Qoy bu, mənimlə klub arasında sirr olaraq qalsın. Fikrimcə, hər şey qaydasına düşəcək. "İnter"də mənə yaxşı idi, hər kəslə xoş münasibətim vardı. Mənə deyiblər ki, tezliklə hər şey düzələcək. Ondan sonra mənim də borcumu ödəyəcəklər. Əks halda mənim UEFA-ya şikayət etməkdən başqa çıxış yolum qalmayacaq".
