10 dekabr 2015 17:00
Teleyayımla əlaqədar 3 matçın tarixi dəyişdirildi
Futbol üzrə Azərbaycan 1-ci divizionun 12 və 13-cü turunun oyun cədvəlində dəyişiklik edilib. Azerisport.az xəbər verir ki, 12-ci turun “Zaqatala” - “Qaradağ Lökbatan” oyunu canlı yayımla əlaqədar olaraq, 13 dekabr tarixdən 14 dekabr tarixinə keçirilib.
13-cü turun “Turan Tovuz” - “Zaqatala”, “Qaradağ Lökbatan” - “Ağsu” matçları isə 17 dekabrda deyil, bundan bir gün sonra baş tutacaq.
