10 dekabr 2015 16:00
İsveç millisinin baş məşqçisi: Ümid edirəm ki, Azərbaycan yığmasını təəccübləndirə biləcəyik
Futzal üzrə İsveç yığmasının baş məşqçisi Şarbel Abraham dünya çempionatının seçmə mərhələsi çərçivəsində bu gün Azərbaycan millisinə qarşı keçirəcəkləri oyun öncəsi fikirlərini bölüşüb. Azerisport.az xəbər verir ki, o, İsveç mətbuatına açıqlamasında bunları söyləyib:
"Biz Xorvatiyaya qrupdakı ilk iki yerdən birini tutmaq üçün gəlmişik. Birinci oyunumuzu Azərbaycana qarşı keçirəcəyik. Ümid edirəm ki, onları təəccübəndirə biləcəyik və göstərəcəyik ki, biz onların düşündüyündən də yaxşı komandayıq".
