10 dekabr 2015 15:30
AZAL amerikalı futbolçu ilə müqavilə imzalayır
AZAL 2016-cı ilin yanvar ayında yeni futbolçu sifariş edəcək. Azerisport.az xəbər verir ki, paytaxt klubu heyətini amerikalı yarımmüdafiəç Adan Koronado ilə gücləndirməyə hazırlaşır.
Klubun mətbuat xidmətindən aldığımız məlumata görə, sözügedən futbolçu artıq bir aya yaxındır ki, AZAL-ın düşərgəsində baxışdadır. O, yeni komandası ilə üç yoxlama matçına da çıxıb. Baş məşqçi Tərlan Əhmədov Koronadonu bəyəndiyindən, futbolçu ilə iki illik müqavilə imzalanmasına qərar verilib.
