10 dekabr 2015 15:15
Elxan Abdullayev: Qəbələ Krasnodara qalib gələcək gücdədir
Azərbaycan yığmasının məşqçisi Elxan Abdullayev "Qəbələ"nin Avropa Liqasının qrup mərhələsinin son turunda Rusiya "Krasnodar"ına qarşı oyundakı şanslarını dəyərləndirib. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Qəbələ"dən qələbə gözləmək olar. Amma bu qələbə bizə nə verəcək? Turnir cədvəli baxımından demək olar ki, heç nə! Lakin şübhəsiz ki, UEFA reytinqindəki xal ehtiyatımızı artırmaq baxımından qələbə çox vacibdir. Həm də "Krasnodar" üzərində qələbə imic məsələsidir. Üstəlik, komanda qrup mərhələsində azarkeşlərini qələbə ilə sevindirməlidir. Öz meydanımızda oynayırıq. "Qəbələ" "Krasnodar"a qalib gələcək gücdədir".
