10 dekabr 2015 14:30
Qəbələ - Krasnodar matçında anşlaq olmayacaq
Avropa Liqasının qrup mərhələsi çərçivəsində bu gün "Qəbələ" ilə Rusiya "Krasnodar"ı arasında keçiriləcək oyuna bilet satışı davam edir. Azerisport.az xəbər verir ki, indiyə kimi təxminən 2000 bilet satılıb.
Oyun saatına qədər bilet satışında artımın olması istisna deyil. Amma qarşılaşmada anşlaq olmayacağını indidən proqnozlaşdırmaq olar. "Krasnodar"ı dəstəkləməyə isə təxminən 50 azarkeş gəlib.
Qeyd edək ki, bu görüş "Bakcell Arena"da baş tutacaq və saat 22:00-da start götürəcək.
