10 dekabr 2015 12:40
Dodo Krasnodarla görüşü buraxa bilər
"Qəbələ"nin kapitanı Dodo Avropa Liqasının qrup mərhələsinin həlledici turunda Rusiya "Krasnodar"ına qarşı baş tutacaq oyunu buraxa bilər. Azerisport.az xəbər verir ki, braziliyalı yarımmüdafiəçi xəstələndiyi üçün komandasının ötən günkü məşqini buraxmaq məcburiyyətində qalıb.
Klubdan aldığımız məlumata görə, futbolçu artıq sağalıb. Amma onun meydana çıxıb-çıxmayacağı bəlli deyil.
