10 dekabr 2015 12:00

Rizvan Fərzəliyev: Qrup birincisi olmaq bizim üçün çox vacibdir

Futzal üzrə Azərbaycan yığmasının kapitanı Rizvan Fərzəliyev dünya çempionatının seçmə mərhələ oyunları öncəsi azerisport.az saytının suallarını cavablandırıb.

- Seçmə mərhələyə necə hazırlaşmısınız?
- Bizə yardımçı olmaq üçün ispaniyalı mütəxəssis dəvət olunmuşdu. O, bizim həm taktiki, həm də fiziki hazırlığımıza kömək etdi. İki yoxlama oyunu keçirdik. Komandanın tam hazır olduğunu demək olar. Uşaqlar formadadırlar. İsveçlə ilk oyundaca qələbə qazanmaq istəyirik.

- Tino Peres güclü rəqiblərlə yoxlama oyunu keçirməməkdən gileylənirdi. Bu, hazırlığa nə dərəcədə təsir edib?
- Əlbəttə, daha güclü komandalarla qarşılaşmağımız yaxşı olardı. Bu, bizə daha çox fayda verərdi. Güclü komandalarla oyunlar problemləri üzə çıxarır. Amma zəif komandalarla görüşlərdə az səhvə yol verirsən. Ona görə də nə dərəcədə yaxşı hazır olduğunu bilmirsən. Bu mənada baş məşqçimizlə razıyam.

- Yerli futzalçılarla iki yoxlama oyunu Azərbaycan yığmasına nə verdi?
- Taktiki baxımdan bəzi yenilikləri yoxladıq. Amma müdafiə baxımından çatışmazlıqların qaldığını düşünürəm.

- Komandaya daha iki braziliyalı dəvət olundu. Onlar komandamız gücləndirib?
- Bizim iki fərqli dördlüyümüz var. Bu, çox vacibdir. Əvəzləyəcək oyunçularımız da var. Təbii ki, bu, komandanın daha da güclənməsindən xəbər verir.

- Rəqibləri yaxşı analiz edə bilmisiniz?
- Rəqiblər barədə hər şeyi baş məşqçi oyundan öncə bizə məlumat verəcək. İsveçlə bir dəfə qarşılaşmışıq. O vaxt onlarda yeni komanda yaranırdı. Belarusu yaxşı tanıyırıq. Xorvatlarla çoxdandır oynamırıq. Onlarla yalnız son turda oynayacağımızı nəzərə alsaq, meydan sahiblərini o vaxtadək daha yaxşı tanımaq şansı qazanacağıq.

- İlk oyunu reytinqinə görə qrupumuzun ən zəif komandasına qarşı keçirməyiniz nə dərəcədə yaxşıdır?
- Belə daha yaxşıdır. Çünki ilk oyun həmişə vacibdir. Qələbə daha güclü rəqiblərlə oyun öncəsi komandada atmosferi daha da yaxşılaşdıracaq. Belarus üzərində də qələbə qazansaq, qrupda ikinci yeri özümüzə təmin edəcəyik. Belədə, xorvatlarla liderlik uğrunda sakitcə mübarizə aparmaq olar.

- Meydan sahiblərindən birinci yeri ala biləcəksiniz?
- Bu, bizim hədəfimizdir. Qrupdan birinci yerlə çıxmaq bizim üçün vacibdir. Əks halda pley-offda Rusiya, İtaliya, Portuqaliya və İspaniya ilə mübarizə aparmaq məcburiyyətində qalacağıq. Elə olsa, dünya çempionatının final mərhələsinə çıxmaq çox çətin olacaq.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.