10 dekabr 2015 11:40
Samuel Armenteros: Niyə Anderlextə səfərdə də qalib gəlməyək?
"Qarabağ"ın hücumçusu Samuel Armenteros Avropa Liqasının qrup mərhələsi çərçivəsində Belçika "Anderlext"inə qarşı səfər oyunu öncəsi fikirlərini bölüşüb. Azerisport.az xəbər verir ki, o, Belçika mətbuatına açıqlamasında bunları söyləyib:
"Mən buraya keçmiş klubuma nəyisə sübut etmək üçün gəlməmişəm. "Qarabağ"dakı digər komanda yoldaşlarım kimi, bu görüşdə sadəcə, qələbə qazanmaq üçün gəlmişəm. Çətin olacağını bilirik. Amma bu komanda Bakıda 1:0 hesabıyla qalib gəlmişdik. Niyə eyni uğuru burada da təkrarlamayaq? Bunun üçün əlimizdən gələni edəcəyik. İstənilən halda şəxsən mən nə edəcəyimi yaxşı bilirəm".
