Qurban Qurbanov: Qələbə qazanmaq üçün qol vurmalıyıq
"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Avropa Liqasının qrup mərhələsi çərçivəsində Belçika "Anderlext"inə qarşı keçiriləcək oyun öncəsi fikirlərini bölüşüb. Azerisport.az xəbər verir ki, Ağdam klubunun çalışdırıcısı bunları söyləyib:
"Bu, bizim qrupdakı son oyunumuzdur. Pley-offa çıxmaq üçün mütləq qələbə qazanmalıyıq. "Anderlext" güclü rəqibdir. Üstünlük onların tərəfindədir. Biz bu oyunda iki aparıcı futbolçumuzun - Reynaldo ilə Əl-Jadeyuinin xidmətindən yararlana bilməyəcəyik. Bu isə işimizi çətinləşdirir.
Qələbə qazanmalı olsaq da, ancaq hücum barədə düşünə bilmərik. Müdafiəni etibarlı qurmasaq, bu, bizim üçün faciəvi başa çata bilər. Eyni zamanda qələbə qazanmaq üçün qol vurmalıyıq. Başa düşürük ki, qarşımızda çox çətin vəzifə durur".
