11 dekabr 2015 01:55

Qarabağ da Avropa Liqası ilə məğlubiyyətlə vidalaşdı

Bu gün Avropa Liqasında qrup mərhələsinin sonuncu - altıncı turunun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, Azərbaycanı qitənin nüfuzuna görə ikinci dərəcəli klub turnirində təmsil edən "Qarabağ" da qrupdakı son oyununa çıxıb.

Ağdam klubu səfərdə Belçika "Anderlext"inin qonağı olub. Qrupdan çıxmaq yolunda Qurban Qurbanovun futbolçuları "Anderlext"ə mütləq qalib gəlməliydilər. Ağdamlıların qrupdan çıxması üçün eyni zamanda "Tottenhem"in "Monako"ya məğlub olmaması da vacib idi. Belə olan halda təmsilçimiz Azərbaycan futbolu tarixində yeni bir səhifə açmış olacaq və avrokubokların pley-offuna vəsiqə qazanacaqdı. Amma təəssüf ki, ağdamlılar hesabı açdıqları görüşdə üstünlüyü tez bir zamanda əldən veriblər və qarşılaşmanı məğlub başa vurublar. Nəticədə, "Qarabağ" da qrupdan çıxa bilməyib.

Təmsilçimizin yer aldığı qrupun digər oyununda İngiltərə "Tottenhem"i evdə "Monako" ilə münasibətlərinə aydınlıq gətirib. Londonda baş tutan görüşdə meydan sahibləri 4:1 hesablı qələbəyə seviniblər.

UEFA Avropa Liqası
J qrupu
6-cı tur

10 dekabr

"Anderlext" - "Qarabağ" - 2:1 (2:1)
Qollar: D.Kintana, 26 (0:1). E.Naxar, 28 (1:1). S.Okaka, 31 (2:1).
Sarı vərəqə: S.Armenteros, 35. D.Kintana, 48. R.Almeyda, 51. D.Lukebakio, 70. Mişel, 81.
Baş hakim: Slavko Vinçiç (Sloveniya).
Brüssel. "Konstant Vanden Stok" stadionu.

"Anderlext": 1. Silvio Proto (k), 3. Olivye Deşaxt, 21. Fabris N`Sakalya, 4. Serin Mbodji, 7. Endi Naxar, 10. Dennis Prat (38. Endi Kavayya, 90+1), 30. Giyom Jiye, 31. Yuri Tilemans, 9. Matias Suares, 93. İmoh Ezekiel (46. Dodi Lukebakio, 66), 99. Stefano Okaka (26. İdrissa Silla, 81).
Ehtiyat oyunçular: 33. Davi Ruf, 14. Bram Neytink, 24. Mixael Heylen, 17. İbrahima Konte.
Baş məşqçi: Besnik Hasi.
"Qarabağ": 13. İbrahim Şehiç, 5. Maksim Medvedev, 14. Rəşad Sadıqov (k), 18. İlqar Qurbanov, 55. Bədavi Hüseynov, 2. Qara Qarayev (29. Raydell Pupon, 75), 10. Dani Kintana, 20. Riçard Almeyda, 22. Əfran İsmayılov (77. Cavid Tağıyev, 63), 70. Çumbinyo (8. Mişel, 71), 90. Samuel Armenteros.
Ehtiyat oyunçular: 1. Fərhad Vəliyev, 32. Elvin Yunuszadə, 11. Elvin Məmmədov, 91. Coşqun Diniyev.
Baş məşqçi: Qurban Qurbanov.

1Tottenhem6411126+613
 2Anderlext631286+210
 3Monako613259–46
 4Qarabağ611448–44

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.