10 dekabr 2015 00:35
Derlis Meza Kolli Qəbələ ilə bağlı qərarını dekabrın 20-dən sonra açıqlayacaq
"Qəbələ"nin yarımmüdafiəçisi Derlis Meza Kolli qış fasiləsində bu komandadan mümkün ayrılığı barədə fikirlərini bölüşüb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Hazırda klubu tərk edib, etməyəcəyim barədə danışmaq istəmirəm. Bütün diqqətimi "Qəbələ"nin qarşıdakı oyunlarına yönəltmişəm. Gələcək barədə danışmaq istəmirəm. Bu barədə 10 gündən - dekabrın 20-dən sonra danşarıq".
Qeyd edək ki, futbolçunun meneceri bir müddət öncə saytımıza açıqlamasında Meza Kollinin qışda "Qəbələ"dən ayrılacağını bəyan etmişdi. Buna səbəb futbolçunun istədiyi qədər oynamaq şansı qazana bilməməsidir.
